Menyu

AYNA: Qurban bayramında avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə işləyəcək

AYNA: Qurban bayramında avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə işləyəcək

5–9 iyun tarixində Qurban bayramı ilə bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə işləyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Qeyd olunub ki, portaldan 51 şəhər və rayona 82 istiqamətdən bilet almaq mümkündür.

Teqlər:

"AYNA: Qurban bayram\u0131nda avtova\u011fzal v\u0259 avtostansiyalar g\u00fccl\u0259ndirilmi\u015f rejimd\u0259 i\u015fl\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər