ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq olunan 25 faizlik gömrük rüsumunun 50 faizə qaldırılması ilə bağlı qərar imzalayıb.
Operativ Media xəbər verir ki, qərarnamədə ABŞ-nin polad və alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək həcmdə və şərtlərdə olduğu qeyd olunub.
Polad və alüminiuma qarşı daha əvvəl 25 faiz tarif tətbiq olunduğu xatırladılan qərarnamədə, bu göstəricinin müəyyən yaxşılaşmalara səbəb olsa da, sənayenin istehsal gücünü dayanıqlı səviyyədə istifadə etməsini təmin etmədiyi irəli sürülüb.
Qərarnamədə buna görə də polad və alüminium məhsulları ilə onların törəmələrinə tətbiq olunan gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırıldığı və tariflərin yerli vaxtla 4 iyun saat 00:01-dən etibarən qüvvəyə minəcəyi bildirilib.