Menyu

Məhəmmədidə göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

Nərmin Qocamanlı
Məhəmmədidə göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən video görüntülər yayılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər