Bildirilib ki, iyunun 3-də DİN-ə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı şəxslərin bank hesablarından 7000, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində vəsait oğurlanıb.
Vətəndaşlara bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır.
Bu məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.
Teqlər:
"\u00d6t\u0259n g\u00fcn v\u0259t\u0259nda\u015flar\u0131n bank kartlar\u0131ndan 10 min manatdan \u00e7ox v\u0259sait o\u011furlan\u0131b"