Bakı ətrafında bağ evlərinin günlük və aylıq kirayə qiymətləri – SİYAHI
Yay fəslinin yaxınlaşması ilə bağ evlərində istirahət etmək daha da populyarlaşır. Bağ evləri şəhərdən uzaq, təbiətin qoynunda yerləşərək insanlara dincəlmək üçün ideal şərait yaradır. Bakı ətrafında isə bağ evlərinin qiymətləri, yerləşdiyi ərazi və evin xüsusiyyətlərinə görə fərqlənir.
Operativ Media Bakı ətrafındakı bağ evlərinin günlük və aylıq kirayə qiymətlərini araşdırıb:
“Nardaran” qəsəbəsi
Günlük: 150-500 AZN arasında dəyişir
Aylıq: 4.500-20.000 AZN arasında dəyişir
“Bilgəh” qəsəbəsi
Günlük: 150-350 AZN arası dəyişir
Aylıq: 2500-17.000 AZN arası dəyişir
“Pirşağı” qəsəbəsi
Günlük: 100-900 AZN arası dəyişir
Aylıq: 1.500- 14.000 AZN arası dəyişir
“Mərdəkan” qəsəbəsi
Günlük: 150-490 AZN arası dəyişir
Aylıq: 3500-15.000 arası dəyişir
“Şüvəlan" qəsəbəsi
Günlük: 150-450 AZN arası dəyişir
Aylıq: 1500-8500 AZN arası dəyişir.