Sabahdan Azərbaycanda bayram tətili başlayır

Nərmin Qocamanlı
Sabahdan Azərbaycanda bayram tətili başlayır

Sabahdan etibarən Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq.

Operativ Media-nın məlumatına görə, 6 və 7 iyun tarixləri Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 7 iyun şənbə günü olduğundan, beşgünlük iş rejimində çalışanlar üçün 9 iyun da qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı münasibətilə iyunun 6-dan 9-na qədər dörd gün ardıcıl istirahət günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.

Buna görə də bu gün (5 iyun 2025-ci il) Azərbaycanda qısaldılmış iş günü olacaq.

Digər xəbərlər