Menyu

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Nərmin Qocamanlı
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Operativ Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Teqlər:

"FHN bayram g\u00fcnl\u0259rind\u0259 g\u00fccl\u0259ndirilmi\u015f i\u015f rejimind\u0259 \u00e7al\u0131\u015facaq"

Əlaqəli Xəbərlər