Azərbaycana 2025-ci ilin ilk rübündə 12,47 min dkl alkoqolsuz pivə idxal olunub
Operativ Media xəbər verir ki, sözügedən məhsulların ümumi idxal dəyəri 161,86 min ABŞ dolları təşkil edib.
Bildirilib ki, alkoqolsuz pivə əsasən Rusiya, İran İslam Respublikası, Türkiyə, Almaniya və Bolqarıstandan gətirilib.
Rusiya mənşəli 2,76 min dkl (1 dkl 10 litrə bərabər, maye ölçüsü) alkoqolsuz pivənin idxalı üçün 20,39 min ABŞ dolları ödənilib. Bu, hər dkl üçün 7,39 dollar və ya 12,56 manat deməkdir.
İran İslam Respublikasından 2,1 min dkl həcmində məhsul idxal olunub və bunun üçün 11,14 min ABŞ dolları xərclənib. Bu isə hər dkl üçün 5,30 dollar və ya 9,01 manat deməkdir.
(Valyuta.az)