Menyu

Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib

Nərmin Qocamanlı
Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib

Qurban bayramı münasibətilə “Avrora Qrup” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək məqsədilə yardım aksiyası keçirilib.



Aksiya çərçivəsində rayonda məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün lazım olan müxtəlif qidalar daxil edilib.

Aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.


Məlumat üçün bildirək ki, “Avrora Qrup” 2025-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında aztəminatlı ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir.

Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər