Zəngilanda modul tipli yeni gömrük-keçid məntəqəsinin layihələndirilməsinə başlanılır
Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin layihələndirilməsi işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, DGK Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin layihələndirilməsi ilə əlaqədar mühəndislik xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb. Tenderin qalibi “Reflect Architects” MMC olub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net