Menyu

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Nərmin Qocamanlı
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmçinin Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə iyun ayının pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.

Respublikanın digər bölgələri, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik əsasında ödəniləcək.

Teqlər:

"Bak\u0131 Sumqay\u0131t Ab\u015feron v\u0259 Nax\u00e7\u0131van \u00fczr\u0259 pensiyalar \u00f6d\u0259nilib"

Əlaqəli Xəbərlər