14 Fevral 2023, 20:08
Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib
Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib şəkil
Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib

Gürcüstan rotasiya məqsədi ilə Türkiyənin Adıyaman şəhərinə 85 xilasedici göndərib.

"Operativ Media"  xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, yeni qrup zəlzələ bölgəsində bu vaxtadək fəaliyyət göstərən gürcüstanlı xilasediciləri əvəz edəcək.

Qeyd olunub ki, gürcü xilasedicilər Adıyaman şəhərinin iki sektorunda xilasetmə əməliyyatları aparırlar və sahə qərargahı Adıyaman şəhərinin əməliyyat nəzarət mərkəzi ilə koordinasiyalı fəaliyyət göstərir.

Yeni xilasetmə qrupunun müasir akustik cihazlar, dronlar, kommunikasiya vasitələri və bütün müvafiq xilasetmə avadanlıqları ilə təmin edildiyi vurğulanıb.

Qeyd edək ki, xilasetmə əməliyyatlarını Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili şəxsən idarə edir.

Son xəbərlər
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq