14 Fevral 2023, 21:27
Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb

Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.
Ümumilikdə Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb.