Menyu

Türkiyədə zəlzələ bölgəsindən qayıdan heyəti daşıyan mikroavtobus aşıb, 13 nəfər yaralanıb

Nərmin Qocamanlı
Türkiyədə zəlzələ bölgəsindən qayıdan heyəti daşıyan mikroavtobus aşıb, 13 nəfər yaralanıb
1 dəq oxu

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Malatyadan qayıdan heyəti daşıyan mikroavtobusun Kırıkkalenin Keskin rayonunda aşması nəticəsində 13 nəfər yaralanıb.

"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kırıkkale-Kırşehir yolunun 31-ci kilometrliyində mikroavtobus şarampole aşıb.

Qəza yerinə çox sayda təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Əlaqəli Xəbərlər