Tofiq Musayev: "UFC-də iştirak etmək hər idmançının arzusudur"
Əziz Əzizli
"UFC-də iştirak etmək hər idmançının arzusudur".
Operativ Media xəbər verir ki, bunu UFC-də debüt edəcək azərbaycanlı mma döyüşçüsü Tofiq Musayev jurnalistlərə açıqlamasında deyib.
O, yaşının UFC üçün çox olması ilə bağlı fikirlərə də münasibət bildirib.
"Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Yaş mənim üçün sadəcə bir rəqəmdir. Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim".
Tofiq Musayev görüşə çox ciddi hazırlaşdığını vurğulayıb.
"Bu günə qədər heç bir rəqibdən imtina etməmişəm. Hansı rəqibi mənə təklif ediblərsə onun ilə döyüşmüşəm. Rəqibi yaxşı analiz etmişəm və bu döyüşə çox ciddi hazırlaşmışam".
Qeyd edək ki, Tofiq Musayev UFC-də ilk döyüşünü qırğızıstanlı idmançı Mıqtıbek Orolbaya qarşı keçirəcək.