
Bu gün UEFA Konfrans Liqasının II mərhələsinin püşkü atılıb.
Operativ Media xəbər verir ki, “Araz-Naxçıvan” Yunanıstanın “Aris”i ilə qarşılaşacaq. "Qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının püşkünü dəyərləndirib.
O, rəqib haqqında analiz etmədən danışmaq istəməyib.
“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.