18 İyun 2025, 20:44
“Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşüblər
“Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşüblər şəkil
“Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşüblər

“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Afinada təşkil olunan görüşdə Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak edib. 

Görüşdə tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.

Son xəbərlər
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb