Menyu

"Nyukasl" Markus Reşdordu transfer etmək istəyir

Əziz Əzizli
"Nyukasl" Markus Reşdordu transfer etmək istəyir

"Nyukasl" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı ingilis futbolçunun keçmək istədiyi "Barselona" ona ciddi maraq göstərməyib. Bununla yanaşı, "Nyukasl" rəhbərliyi Reşfordu ideal şəraitlə təmin edə biləcəklərinə inanır. "Mançester Yunayted" rəhbərliyi isə futbolçunu satmağa hazırdır.

Reşford 2025-ci ilin fevralından iyun ayına qədər "Aston Villa"da icarə əsasında çıxış edib. O, 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 41 oyunda iştirak edərək 11 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

"Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Teqlər:

"\"Nyukasl\" Markus Re\u015fdordu transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər