Ana səhifə / İdman / Mahir Emrelinin yeni klubu bəlli oldu Mahir Emrelinin yeni klubu bəlli oldu 19.06.2025, 08:18 Əziz Əzizli Azərbaycan millisinin üzvü Mahir Emreli növbəti mövsümdən Almaniyanın "Kayzerslautern" klubunda top qovacaq. Operativ Media xəbər verir ki, bu haqda insayder Florian Plettenberq məlumat yayıb. Məlumata görə, 27 yaşlı hücumçu ilə razılıq əldə edilib. Klub Mahir Emreli ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Qeyd edək ki, Mahir son olaraq Almaniyanın "Nürnberq" klubunda çıxış edib. Teqlər: "Mahir Emrelinin yeni klubu b\u0259lli oldu"