Menyu

Qara Qarayev: “Əsas diqqət rəqibə deyil, öz komandamıza yönəlməlidir”

Əziz Əzizli
Qara Qarayev: “Əsas diqqət rəqibə deyil, öz komandamıza yönəlməlidir”

"Araz-Naxçıvan" klubunun yarımmüdafiəçisi Qara Qarayev UEFA Konfrans Liqasının püşkatmasını dəyərləndirib .

O, bu haqda Operativ Media saytına açıqlama verib.

Təcrübəli futbolçu bildirib ki, qarşıdakı rəqib “Aris” komandası onlar üçün arzuolunan hesab olunmasa da, komanda bütün gücü ilə hazırlaşacaq:

“Bizim üçün arzuolunan rəqib deyil. “Aris” haqqında az da olsa məlumatım var, lakin tam ətraflı informasiyanı məşqçilər heyətimiz toplayacaq. Qarşıda kifayət qədər vaxtımız var. İndi əsas məqsəd komandanın texniki və fiziki durumunu tez bir zamanda bərpa etmək, oyun sistemimizi yenidən formalaşdırmaqdır. Avropa oyunlarına məsuliyyətlə hazırlaşacaq yaxşı heyətimiz var. Dəqiq intizam və əzimkarlıqla istənilən rəqibə qarşı layiqli mübarizə aparmaq niyyətindəyik. Hazırda əsas diqqət rəqibə deyil, məhz öz komandamıza yönəlməlidir".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra səfərdə keçiriləcək.

Teqlər:

"Qara Qarayev: \u201c\u018fsas diqq\u0259t r\u0259qib\u0259 deyil \u00f6z komandam\u0131za y\u00f6n\u0259lm\u0259lidir\u201d"

Əlaqəli Xəbərlər