19 İyun 2025, 12:38
"Fənərbaxça" və "Qalatasaray" "Brentford"un hücumçusu ilə maraqlanırlar

Türkiyə Super Liqası komandaları "Fənərbaxça" və "Qalatasaray" "Brentford"un hücumçusu Yoane Wissa ilə maraqlanırlar.
Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.
28 yaşlı konqolu hücumçu son mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 19 qol vurub, 5 assist edib.
"Transfermarkt" portalı hücumçunun dəyərini 32 milyon avro qiymətləndirir.