19 İyun 2025, 13:58
"Araz-Naxçıvan" braziliyalı müdafiəçi transfer etdi
"Araz-Naxçıvan" braziliyalı müdafiəçi transfer etdi şəkil
"Araz-Naxçıvan" braziliyalı müdafiəçi transfer etdi

“Araz-Naxçıvan” heyətinə yeni futbolçu cəlb edib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib. 

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Son xəbərlər
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR