Menyu

Klublararası DÇ: Ən çox azarkeş toplayan oyun bəlli oldu

Əziz Əzizli
Klublararası DÇ: Ən çox azarkeş toplayan oyun bəlli oldu

Klublararası dünya çempionatının oyunlarında iştirakçı komandaların cəlb etdiyi azarkeş sayı məlum olub.

Operativ Media xəbər verir ki, siyahıya 80.619 nəfərlik göstərici ilə PSG – "Atletico Madrid" qarşılaşması başçılıq edir. Bu oyunun stadionda doluluq faizi 87% təşkil edib.

İkinci yerdə 62.415 tamaşaçının izlədiyi "Real Madrid" – "Əl-Hilal" oyunu qərarlaşıb (%83), üçüncü sırada isə "Əl Əhli" – "Inter Mayami" matçı yer alıb. Bu oyunda tribunalar 60.927 nəfərlə dolub və bu, stadionun 81%-lik doluluğuna səbəb olub.

Digər oyunlar üzrə göstəricilər aşağıdakı kimidir:

"Boca Xuniors" – "Benfica": 55.574 izləyici (%74)

"Palmeyras" – "Porto": 46.275 izləyici (%56)

"Monterrey" – "Inter Milan": 40.300 izləyici (%43)

"Manchester Siti" – "Wydad": 37.446 izləyici (%54)

"Botafoqo" – "Seattle": 30.351 izləyici (%80)

"Fluminense" – "Dortmund": 29.755 izləyici (%36)

"Flamenqo" – "Esperance": 25.797 izləyici (%37)

"Çelsi" – "Los Anceles": 22.137 izləyici (%30)

"Bavariya" – "Oklend Siti": 21.152 izləyici (%81)

"Əl Ain" – "Yuventus": 18.161 izləyici (%90) – stadion doluluğuna görə birinci yerdə

"River Plate" – "Urawa": 11.974 izləyici (%31)

"Pachuca" – "Salzburg": 5.282 izləyici (%20)

"Ulsan" – "Sundowns": 3.412 izləyici (%13) – ən aşağı göstərici

Ən yüksək doluluq faizi ilə keçirilən görüş "Əl Ain" – "Yuventus" qarşılaşması olub – 90%. Ən az maraq göstərilən oyun isə cəmi 3.412 nəfərin izləmiş olduğu "Ulsan" – "Sundowns" matçıdır.

Teqlər:

"Klublararas\u0131 D\u00c7: \u018fn \u00e7ox azarke\u015f toplayan oyun b\u0259lli oldu"

Əlaqəli Xəbərlər