Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
Əziz Əzizli
21–22 iyun tarixlərində Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.