20 İyun 2025, 06:30
Klublararası DÇ: Messi qol vurdu, komandası qələbə qazandı
Klublararası DÇ: Messi qol vurdu, komandası qələbə qazandı şəkil
Klublararası DÇ: Messi qol vurdu, komandası qələbə qazandı

ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir.

Operativ Media xəbər verir ki, bu gün mundialın qrup mərhələsinin 2-ci turuna start verilib.

A qrupunun “Palmeyras” (Braziliya) – “Əl-Əhli” (Misir) oyunu qeyri-sabit hava şəraiti səbəbindən yarımçıq dayandırılıb. Görüş ikinci hissənin 63-cü dəqiqəsində saxlanılıb. Oyunun dayandırıldığı anda “Palmeyras” 2:0 hesabı ilə öndə olub. Daha sonra oyun davam etdirilib və yekunda Braziliya klubu inamlı qələbəni bayram edib. 49-cu dəqiqədə Abu Alinin avtoqoluna sevinən “Palmeyras”ın digər qoluna 59-cu dəqiqədə Flako Lopes imza atıb.

Bu qrupun digər oyununda ABŞ təmsilçisi “İnter Mayami” Portuqaliyanın “Portu” koomandası ilə qarşılaşıb. Üç qolluq oyunda MLS klubu 2:1 hesablı əzmkar qələbəni bayram edib. “Portu” 8-ci dəqiqədə Samunun penaltidən vurduğu qolla hesabda önə keçsə də, “İnter Mayami” 47-ci dəqiqədə Telasko Seqoviyanın qolu ilə hesabı bərabərləşdirib. 54-cü dəqiqədə isə Mayami klubunun argentinalı ulduzu Lionel Messi matçda son nöqtəni qoyub – 2:1.

İki turdan sonra 4 xalı olan “Palmeyras”la “İnter Mayami” ilk iki yeri bölüşdürürlər. “Portu” və “Əl-Əhli”nin isə 1 xalı var.

Son xəbərlər
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?