20 İyun 2025, 09:26
Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”
Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar” şəkil
Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunu (3-2) haqda danışıb .

Operativ Media xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı. Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik”.

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: “Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar”.

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib: “İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq”.

Son xəbərlər
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
Bakı metrosu bu il 111 milyondan çox sərnişin daşıyıb