Menyu

DÇ: Cüdo üzrə Azərbaycan millisi Almaniya ilə qarşılaşacaq

Əziz Əzizli
DÇ: Cüdo üzrə Azərbaycan millisi Almaniya ilə qarşılaşacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının sonuncu - yeddinci günündə qarışıq komanda yarışı baş tutacaq.

Operativ Media xəbər verir ki, 1/8 finaldan mübarizəyə qoşulacaq Azərbaycan millisi Almaniya yığması ilə üz-üzə gələcək.

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: - 73 kq, -90 kq, +90 kq; qadınlar: -57 kq, - 70 kq, +70 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 16 yığma (172 cüdoçu) qatılacaq. 

Təsnifat görüşləri saat 12:00-dan etibarən, final bloku isə 20:00-dan etibarən keçiriləcək.

Teqlər:

"D\u00c7: C\u00fcdo \u00fczr\u0259 Az\u0259rbaycan millisi Almaniya il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər