
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışları keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycan millisi bu yarışlar üçün aşağıdakı heyəti açıqlayıb: Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi - 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi - 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi - +90 kq), Əliza Məmmədəliyeva (hər ikisi - +90 kq), Gültac Məmmədyeva - 5, kq), Aytac Qardaşxanlı, Nigar Süleymanova (hər ikisi - +70 kq).
Azərbaycan 1/8 finalda Almaniyaya uduzub - 1:4. Yeganə qələbə Kotsoyevin olub.
Qarışıq komanda yarışında ümumilikdə 16 komanda iştirak edir.
Bundan əvvəl fərdi yarışlarda Azərbaycan cüdoçuları Zelim Tsakayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) 3 bürünc medal qazanıblar.