Menyu

"Neftçi" təlim-məşq toplanışına başlayır

Əziz Əzizli
"Neftçi" təlim-məşq toplanışına başlayır

“Neftçi” PFK 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir.

Operativ Media xəbər verir ki, “Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək. 

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Teqlər:

"\"Neft\u00e7i\" t\u0259lim-m\u0259\u015fq toplan\u0131\u015f\u0131na ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər