Elçin Məsiyev Avropa çempionatının 1/4 finalına təyinat aldı
Əziz Əzizli
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Operativ Media xəbər verir ki, E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.
Teqlər:
"El\u00e7in M\u0259siyev Avropa \u00e7empionat\u0131n\u0131n 1\/4 final\u0131na t\u0259yinat ald\u0131"