15 Fevral 2023, 19:03
Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib şəkil
Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Serbiyada səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyanın paytaxtı Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Sahil Babayev Serbiyanın milli bayramı - Dövlətçilik günü münasibətilə həmin ölkədə keçirilən rəsmi qəbulda da iştirak edərək, təbrikini ifadə edib.

Səfər çərçivəsində Sahil Babayevlə Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiç arasında görüş olub. Görüşdə Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq əlaqələrinin sosial sahədə də getdikcə genişlənməkdə olduğu vurğulanıb.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərində innovativ yanaşmaların, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri barədə məlumat verilib. Həssas qruplarla bağlı icra olunan sosial müdafiə proqramlarından bəhs olunub. Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində mövcud olan müsbət proseslər, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işləri diqqətə çatdırılıb.

Həmçinin Serbiyada Ailə Rifahı və Demoqrafiya Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar barədə məlumat verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlığın, o cümlədən demoqrafiya sahəsində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.Demoqrafik siyasətin inkişafı sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin qarşılıqlı fayda verəcəyi bildirilib. Qarşıdakı dövrdə iki Nazirlik arasında əməkdaşlıq sənədinin hazırlanması və imzalanmasının əlaqələrin inkişaf etdirilməsi baxımından məqsədyönlü ola biləcəyi qeyd olunub.

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı