21 İyun 2025, 19:52
Azərbaycan millisi Moldova yığmasına yenə qalib gəldi
Azərbaycan millisi Moldova yığmasına yenə qalib gəldi şəkil
Azərbaycan millisi Moldova yığmasına yenə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Operativ Media xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan (U-16) – Moldova (U-16) - 2:1

Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 - Damian Xanqan, 69

Qırmızı vərəqə: David Ostafi, 82

Son xəbərlər
DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
PSV "Bavariya"nın qapıçısını icarəyə götürdü
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
DSMF-nin xərcləri artıb
Baş Dövlət Yol Polisi İdarəsinin isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb