15 Fevral 2023, 19:25
Avropa Parlamentində Saakaşvili ilə bağlı çağırış edilib
Avropa Parlamentində Saakaşvili ilə bağlı çağırış edilib şəkil
Avropa Parlamentində Saakaşvili ilə bağlı çağırış edilib

Avropa Parlamenti (AP) Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

"Operativ Media" xəbər verir ki, sənəddə sabiq prezidentin səhhətinin pisləşməsindən narahatlıq ifadə olunub və Gürcüstan hakimiyyətinə Saakaşvilinin azadlığa buraxılaraq xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.

Qətnamədə Gürcüstan Prezidenti Salome Zurabişviliyə də konstitusion hüququndan istifadə edərək Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.

Qeyd olunub ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da qeyd ediblər.

Vurğulanıb ki, sabiq Prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstanın Avropa dəyərlərinə sadiqliyinin testidir. Bu gün səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib. 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.

Son xəbərlər
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib