"Mançester Yunayted" Moise Kini transfer edə bilər
Əziz Əzizli
"Fiorentina"nın hücumçusu Moise Kin karyerasını İngiltərədə davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı italiyalı ilə “Mançester Yunayted” maraqlanır. Futbolçunun müqaviləsində iyulun 1-dən 15-dək qüvvədə olan 52 milyon avroluq satınalma maddəsi var.
Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Teqlər:
"\"Man\u00e7ester Yunayted\" Moise Kini transfer ed\u0259 bil\u0259r"