Menyu

PSJ-nin futbolçusu nəhəng klubların transfer siyahısına düşüb

Əziz Əzizli
PSJ-nin futbolçusu nəhəng klubların transfer siyahısına düşüb
1 dəq oxu

PSJ-nin fransalı futbolçusu Bredli Barkola Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.

Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" nəşri məlumat yayıb.

Məlumata görə, “Arsenal”, “Çelsi” və “Bavariya” Bredli Barkola ilə maraqlanıblar.

Lakin PSJ futbolçunun komandadan ayrılmasına qəti şəkildə qarşı çıxır.

Barkola özü də klubdakı vəziyyətindən razıdır və qalmaq istəyir.

Barkola bu mövsüm həm Fransa Liqa 1-in, həm də Çempionlar Liqasının qalibi olub.

Əlaqəli Xəbərlər