15 Fevral 2023, 20:40
Borel Avropa ölkələrinə çağırış etdi
Borel Avropa ölkələrinə çağırış etdi şəkil
Borel Avropa ölkələrinə çağırış etdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel qitə ölkələrini Almaniyaya qoşulmağa və Ukraynaya əsas döyüş tanklarının göndərilməsində iştirak etməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə o, “Phoenix” telekanalının efirində bildirib.

“Ölkələr mümkün qədər tez bir zamanda çox tank verməlidirlər”, - J.Borel “Die Welt” qəzetinin Niderland və Danimarkanın Ukraynaya “Leopard 2” tanklarının tədarükündə iştirak etməyəcəkləri ilə bağlı xəbərinə münasibət bildirərkən deyib.

“Bilirəm ki, Aİ ordularında yüzlərlə tank var, onların bəzilərinin təmirə ehtiyacı var, amma elədirsə belə, təmiri ən tez etməlisiniz, çünki yazda artıq çox gec olacaq.”, - o bildirib.

Son xəbərlər
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB
Azərbaycan PL-də 23-cü turun hakim təyinatları açıqlandı
Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir
Papa Fransisk xəstəxanaya qaldırılıb
İsrail 369 fələstinli məhbusu azad edəcək