Menyu

Duda: Polşa NATO-nun Şərq cinahında silah anbarları təşkil etməyə çalışır

Duda: Polşa NATO-nun Şərq cinahında silah anbarları təşkil etməyə çalışır

Polşa potensial təcavüzkarın qarşısını almaq üçün NATO-nun Şərq cinahında silah anbarlarının kütləvi təşkilinin tərəfdarıdır.

"Operativ Media" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz NATO-nun Şərq cinahında mümkün qədər çox NATO silahı olan anbarlar yaratmaq istəyirik ki, orada hər hansı bir hücum zamanı müttəfiq qüvvələrin sərəncamında olan silahlar saxlanılsın”, o deyib.

Dudanın sözlərinə görə, həm Şərq cinahı ərazisində olan qüvvələr, həm də lazım gələrsə, bu əraziyə gələn qüvvələr silahdan istifadə edə biləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər