24 İyun 2025, 12:16
"İmişli" portuqaliyalı baş məşqçiyə tapşırılıb

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" komandasının yeni baş məşqçisi bəlli olub.
Operativ Media xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda portuqaliyalı Xorxe Kasqilyaya tapşırılıb.
Yeni mütəxəssislə birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.