24 İyun 2025, 12:32
"Şirvan" baş məşqçisi ilə müqavilə yenilədi

"Şirvan" Futbol Klubu rəhbərliyinin qərarı ilə Pərviz Bayramov 2025/26 mövsümündə də baş məşqçi postunda fəaliyyətini davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Uğurlu mövsümdən sonra rəhbərlik və məşqçi arasında aparılan müzakirələr nəticə verib və 1 illik yeni müqavilə imzalanıb.
Pərviz Bayramovun rəhbərliyi ilə komanda Region Liqasında 2-ci yeri qazanıb. Pley-off mərhələsində "Lerik" komandasına qarşı mübarizədə qalib çıxaraq 2-ci Liqaya vəsiqə qazanıb.