Menyu

Avropa çempionatında Azərbaycanı 14 çəki dərəcəsində 19 cüdoçu təmsil edəcək

Əziz Əzizli
Avropa çempionatında Azərbaycanı 14 çəki dərəcəsində 19 cüdoçu təmsil edəcək

26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Operativ Media xəbər verir ki, Azərbaycan yığması turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan cüdoçularına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Teqlər:

"Avropa \u00e7empionat\u0131nda Az\u0259rbaycan\u0131 14 \u00e7\u0259ki d\u0259r\u0259c\u0259sind\u0259 19 c\u00fcdo\u00e7u t\u0259msil ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər