"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu transfer edir
Əziz Əzizli
"Mançester Yunayted"in vingeri Ceydon Sanço karyerasını İstanbul nəhəngində davam etdirməyə yaxındır.
Operativ Media xəbər verir ki, informasiyanı "Sabah Spor" yayıb.
Məlumata görə, "Fənərbağça" Sanço ilə şəxsi müqavilənin detallarını razılaşdırıb və cinah hücumçusuna ildə 10 milyon avro maaş verməyə hazırdır. Mənbə Türkiyə təmsilçisinin hələ MY-yə rəsmi təklif göndərmədiyini, lakin bunu yaxın günlərdə etməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib.
Teqlər:
"\"F\u0259n\u0259rba\u011f\u00e7a\" \"Man\u00e7ester Yunayted\"in futbol\u00e7usunu transfer edir"