Menyu

"Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırdı

Əziz Əzizli
"Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırdı

“Sumqayıt” daha bir futbolçusu ilə yolları ayırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2018-ci ildən “Sumqayıt”ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xatırladaq ki, bu yay Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da “Sumqayıt”dan ayrılıb.

Teqlər:

"\"Sumqay\u0131t\" daha bir futbol\u00e7u il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"

Əlaqəli Xəbərlər