Azərbaycanlı hakim Gürcüstanda beynəlxalq turnirin təşkilatçısı olacaq
Əziz Əzizli
Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.
Bu barədə Operativ Media-ya ATF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26–29-u aralığında baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.
Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurlu çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 hakim G\u00fcrc\u00fcstanda beyn\u0259lxalq turnirin t\u0259\u015fkilat\u00e7\u0131s\u0131 olacaq"