25 İyun 2025, 15:00
"Karvan" daha bir futbolçusu ilə yollarını ayırdı
"Karvan" daha bir futbolçusu ilə yollarını ayırdı şəkil
"Karvan" daha bir futbolçusu ilə yollarını ayırdı

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan"da daha bir ayrılıq baş verib. 

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Teymurovun müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.

Ötən ilin yayında "Karvan"a keçən 30 yaşlı yarımmüdafiəçi vurduğu 13 qolla komandasının bombardirlərindən olub. 

"Karvan"ın ən yaxşı bombardiri (15 qol) Emil Qasımov da bu yay komandanı tərk edib. Həmçinin, qanalı yarımmüdafiəçi Ezekiel Morqan (10 qol) da Yevlax təmsilçisindən ayrılıb ki, sözügedən üç futbolçu komandanın əsas qol silahları olub.1-ci liqanı 3-cü pillədə başa vuran "Karvan" ötən mövsüm ümumilikdə 53 qol vurub. Bunlardan 38-ni sözügedən üç futbolçu rəqib qapılarından keçirib.

Son xəbərlər
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib