Menyu

İtaliya klubu Moratanı heyətinə qatmaq istəyir

Əziz Əzizli
İtaliya klubu Moratanı heyətinə qatmaq istəyir

İspaniyalı hücumçu Alvaro Morata İtaliyanın "Komo" klubu ilə danışıqlar aparır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Komo" futbolçuya rəsmi təklif göndərib və hazırda tərəflər danışıqları davam etdirir. Jurnalist Moratanın "Milan"da qalmayacağını və "Qalatasaray"dan ayrılacağını da qeyd edib.

32 yaşlı Morata 2025-ci ilin yanvarında "Milan"dan "Qalatasaray"a icarəyə göndərilib. O, 2024/25 Türkiyə Premyer Liqasında 12 oyuna çıxıb, 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Teqlər:

"\u0130taliya klubu Moratan\u0131 hey\u0259tin\u0259 qatmaq ist\u0259yir"

Əlaqəli Xəbərlər