
"Zenit" üç nəslin nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, Rusiya Federasiyasının ən populyar klubu seçilib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Ölkəmizin ən maraqlı idman komandalarının reytinqində peterburqlular nəinki RPL-dəki rəqibləri – “Spartak”, “CSKA”, “Lokomotiv” və “Krasnodar”ı, həm də dünya nəhəngləri – “Barselona” və “Real”ı geridə qoyublar. Tədqiqat “Sports” və “Signal” agentliyi (ONY-nin bir hissəsi) tərəfindən aparılıb.
Xatırladaq ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi – CIES Football Observatory-nin başqa bir araşdırmasına görə, “Zenit” sosial şəbəkələrdə dünyanın ən populyar 100 klubu sırasına daxil olub. 68-ci yeri tutan mavi-ağ-mavilər həmin reytinqdə Rusiya Federasiyasının yeganə təmsilçisi olublar.