Menyu

Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu artırıb

Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu artırıb

Bu ilin l rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 30,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.

Operativ Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,8 %-dən 9,7 %-ə çatıb.

Rüb ərzində Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 10,2 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 10,7 % çoxdur.

Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,7 %-ə çatıb.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər