Özbəkistanla iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində sənədlər imzalanıb
“Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalandı”.
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Nazir vurğulayıb ki, sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net