16 Fevral 2023, 20:45
Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır
Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır şəkil
Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır

Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onların fevralın 23-ü gün sonunadək ölkəni tərk etmələrini tələb edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Avstriyanın Moskvadakı səfiri Verner Almhofer XİN-ə çağırılıb və diplomatların çıxarılması ilə bağlı nota ona təqdim olunub.

Bu addımın Avstriyanın Rusiyaya qarşı tutduğu mövqeyə cavab olaraq atıldığı bildirilib.

“Həmçinin Vyanada çoxtərəfli tədbirlərdə iştirak üçün yollanan Rusiya nümayəndə heyətlərinə viza verilməsində yaradılan problemlər də səfirin diqqətinə çatdırılıb və qeyd olunub ki, bu, beynəlxalq görüşlərin keçirildiyi bir məkan olan Avstriyanın üzərinə götürdüyü öhdəliklərə ziddir”, - məlumatda qeyd olunur.

Son xəbərlər
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb