16 Fevral 2023, 21:07
III Antalya Diplomatiya Forumu təxirə salınıb
III Antalya Diplomatiya Forumu təxirə salınıb şəkil
III Antalya Diplomatiya Forumu təxirə salınıb

10-12 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Antalya Diplomatiya Forumu məlumat yayıb.

“Sülh və Nizam Naminə Effektiv Diplomatiya” movzusunda keçirilməsi nəzərdə tutualn formun Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar bu ilin sonuna keçirilməsi nəzərdə tutulub.

“Təəssüflər olsun ki, fevralın 6-da əsrin ən dağıdıcı təbii fəlakətlərindən biri olan Türkiyədə iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Böyük axtarış-xilasetmə səyləri, humanitar yardımlar davam etsə də fəlakətin təsiri böyükdür və uzun müddət hiss olunacaq. Tukiyə üçün indi zərərə məruz qalanlara kömək etmək və bölgənin yenidən qurulmasına diqqət yetirməyin vaxtıdır. Bu şəraitdə biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək